Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Tesla" dilerində partlayıcı qurğular tapıldı: Maskdan sərt AÇIQLAMA
ABŞ-nin Texas ştatında polis əməkdaşları Birləşmiş Ştatlar Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska məxsus "Tesla" şirkətinin diler mərkəzində bir neçə partlayıcı qurğu aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat paylaşıb.
Partlayıcı qurğular heç bir insident baş vermədən götürülüb. Bunun fonunda Federal Təhlükəsizlik Xidməti (FTX) "Tesla" avtomobilləri ilə bağlı insidentləri araşdıracaq qrupun yaradıldığını elan edib.
İ.Mask, öz növbəsində, "Tesla"ya qarşı vandalizm aktlarını terror aktları adlandırıb:
"Tesla" mağazalarındakı atışmanın və enerjidoldurma stansiyalarının yandırılmasının terror aktı olduğuna şübhə yoxdur".
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, FTX İ.Maskın şirkətinin diler mərkəzlərinə, avtomobillərinə və enerjidoldurma məntəqələrinə 48 hücum faktı barədə məlumat alıb.