"Netflix" "The Squid Game" serialının üçüncü mövsümünün treylerini təqdim edib.
Oxu.Az xəbər verir ki, video striminq xidmətinin rəsmi "YouTube" kanalında yayımlanıb.
Premyera 27 iyun 2025-ci il tarixinə planlaşdırılır. Yeni altı epizodun "Son Ki Hun" və digər iştirakçıların sağqalma oyunlarına son qoymaq qərarına gəldiyi hekayəni yekunlaşdıracağı gözlənilir.
"O, dərin ümidsizlik vəziyyətində mühüm seçimlər etmək məcburiyyətində qalacaq, çünki o və digər sağ qalan oyunçular ölümcül sınaqlara cəlb olunacaqlar. Hər turda onların seçimi daha ciddi nəticələrə gətirib çıxaracaq", - "Netflix"in təsvirində qeyd olunub.