ABŞ Prezidenti Donald Tramp bəzi ölkələrə münasibətdə qarşılılıq prinsipi üzrə tətbiq edilmiş əlavə idxal rüsumlarının fəaliyyətini 90 günlüyünə dayandırdığını bildirib.
Oxu.Az xəbər verir ki, o bu barədə "Truth Social" platformasında məlumat paylaşıb.
O vurğulayıb ki, 75-dən çox ölkə ticarət, rüsumlar, valyuta manipulyasiyaları məsələləri üzrə danışıqlar məqsədilə ABŞ nümayəndələrinə müraciət edib:
"Bu ölkələr ABŞ-yə qarşı heç bir cavab tədbiri görməyiblər. Bununla əlaqədar olaraq, 90 günlük fasilə və bu müddət ərzində 10 faiz həcmində cavab rüsumları barədə göstəriş verdim. Qərar dərhal qüvvəyə minir".