ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə danışıqlar aparıb.
Oxu.Az bu barədə "Al Arabiya" telekanalına istinadən xəbər verir.
Məlumata görə, iki ölkə liderləri arasında baş tutan bu görüş son 25 il ərzində ilk olub.
ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şaraa ilə görüşündə Suriya hakimiyyətini Avraam razılaşmaları çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İŞİD terror qruplaşmasının dirçəlişinin qarşısını almağa çağırıb.
Oxu.Az məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ABŞ lideri prezident əş-Şaraanı Suriya xalqı üçün böyük işlər görməyə, o cümlədən İsrail ilə Avraam razılaşmasını imzalamağa və İŞİD-in dirçəlişinin qarşısını almaqda ABŞ-yə kömək etməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə ABŞ arasında keçiriləcək sammitdən öncə Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa görüş keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Al Arabiya" telekanalı xəbər yayıb.
Görüşün detalları hələlik açıqlanmasa da, tərəflər arasında Yaxın Şərqdəki mövcud vəziyyət və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, planlaşdırılan görüşdən qabaq Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi tapşırıb. O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən forumda məlumat verib.
ABŞ prezidentinin sözlərinə görə, sanksiyalar sərt və iflicedici olub, amma eyni zamanda, mühüm funksiyanı da yerinə yetirib.