Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp HƏMAS-ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi
"Birləşmiş Ştatlar HƏMAS-ın gələcəkdə Qəzza zolağının idarə edilməsində iştirakına icazə verməyəcək".
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Ondan ABŞ-nin HƏMAS-ın müharibədən sonrakı Qəzza idarəçiliyində hansısa rol oynamasına mane olub-olmayacağı soruşulub.
"Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik və görərik Qəzza ilə nə baş verəcək", - deyə Ağ Ev rəhbəri bildirib.
Bununla belə o, Yaxın Şərqdə böyük irəliləyişə nail olduqlarını bəyan edib.
"Bu xüsusi gün - 7 oktyabr (2023-cü il) hadisələri heç vaxt olmamalı idi. Əgər mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq", - deyə o yekunlaşdırıb.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- Fələstin uğrunda mübarizə: HƏMAS silahı yerə qoyacaq?
- Qəzzada HƏMAS liderlərindən olan Məhəmməd Sinvarın cəsədi tapıldı
- HƏMAS-ın İsrailə iki il əvvəlki hücumunun məqsədi bəlli oldu
- Mahmud Abbas HƏMAS-ı silahları təhvil verməyə çağırdı
- İsrail ordusu Qəzzanın şimalında əməliyyat keçirdi - Onlarla silahlı məhv edildi