Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7.25% saxlanılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə iyunun 11-də açıqlanacaq.
