ABŞ Prezidenti Donald Tramp İran əleyhinə həyata keçirilən əməliyyatın adını 20 variant arasından seçdiyini deyib.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu Kentukki ştatında keçirilən mitinq zamanı deyib.
Dövlət başçısı əvvəlcə təklif olunan adları bəyənmədiyi üçün düşünərkən az qala yuxuya getdiyini bildirib:
"Sonra "Epik Qəzəb"i gördüm və dedim ki, mən bu adı bəyənirəm".
O, həmçinin Yaxın Şərqdəki hadisələri ABŞ-nin bəzi pis insanlardan qurtulmaq üçün etdiyi kiçik bir səyahət kimi təsvir edib. Amerika lideri çıxışında Ağ Evin İslam Respublikasına qarşı əməliyyatını isə tarixdəki hər hansı digər ölkəyə qarşı olan hücumdan daha güclü kimi qiymətləndirib.
D.Tramp bildirib ki, İrana qarşı əməliyyat onun istədiyi zaman başa çatacaq. O, bunun tezliklə baş verəcəyini qeyd edib, bunu İranda vurulacaq heç nəyin qalmaması ilə əlaqələndirib.