Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Kim Çen In ilə şəxsi görüşünü istisna etmir: "O, ağıllı adamdır"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə şəxsi görüşünü istisna etməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Kyodo News" xəbər verir.
"Bizim əla münasibətlərimiz var... O, ağıllı adamdır. Mən onu daha yaxşı tanımalıyam", - deyə Tramp qeyd edib.
O əlavə edib ki, Şimali Koreya lideri ilə qarşılıqlı əlaqə qurmaq çox vacibdir və gələcəkdə Kim Çen In ilə mümkün görüşü istisna etməyib.
Bundan əvvəl Tramp Ağ Evdə keçirilən mətbuat konfransında Şimali Koreya ilə dialoqu bərpa etmək istədiyini bildirmişdi.
Tramp əlavə edib ki, onlar Koreya lideri ilə artıq Sinqapur və Vyetnamda görüşüblər. Onların arasında yaxşı şəxsi münasibətlər yaranıb. ABŞ lideri Pxenyan ilə dialoqu davam etdirmək istəyir. O əlavə edib ki, əgər 2016-cı ildə ABŞ prezidenti Hillari Klinton seçilsəydi, Şimali Koreya ilə nüvə müharibəsi başlayacaqdı.

"Kim Çen In" teqi üzrə xəbərlər
- Andrey Rudenko: "Kim Çen Inın Rusiyaya səfəri hazırlıq mərhələsindədir"
- Şimali Koreya ən yeni zenit-raket sistemini sınaqdan keçirib
- Şoyqunun Şimali Koreya lideri ilə görüşü iki saatdan çox çəkib
- Cənubi Koreyada hərbi təlimlər: Hədəf Kim Çen Inın bunkerləridir
- Kim Çen In nüvə silahından istifadəyə hazır olmaq üçün çağırış edib