ABŞ preizdenti Donald Tramp, sələfi Barak Obamanın LGBT hüquqlarına dair fərmanını ləğv etmək niyyətində deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ evə istinadən məlumat yayıb.
“Prezident nitqində LGBT-nin adını çəkən, bu cəmiyyəti zorakılıq və təqibdən qorumağı vəd edən Respublika partiyasının ilk nümayəndəsi olması ilə fəxr edir”, - Ağ evin bəyanatında deyilir.
Daha öncə ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiyasından sonra dövlət başçısının rəsmi saytından Barak Obamanın prezident olduğu dövrdə dərc edilmiş ekologiya və LGBT haqqında informasiyanın yoxa çıxdığı barədə məlumat yayılmışdı. Obama administrasiyasının bu sahədə ən böyük nailiyyəti 2015-ci ildə ABŞ Ali məhkəməsi tərəfindən eynicinsli nikahlara icazə verilməsidir.
N.O.
www.oxu.az