ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkinin keçirilməsini istədiklərini, lakin ölkənin hələ buna hazır olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
"Düşünürəm ki, onlar hələ hazır deyillər", - deyə ABŞ lideri Venesuelada seçkinin keçirilməsi üçün tarix müəyyənləşdirilməsini niyə tələb etmədikləri ilə bağlı suala cavabında bildirib.
Trampın sözlərinə görə, həm ABŞ, həm Venesuela hakimiyyəti, həm də Venesuelanın səlahiyyətli Prezidenti Delşi Rodriges seçkinin keçirilməsini istəyir, lakin ölkə hələ buna hazır deyil.