Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampdan ABŞ-də cinsini dəyişdirən kişilərlə bağlı sərt qərar
ABŞ Prezidenti Donald Tramp transgender qadınların (doğuşdan kişi olanların) kişi həbsxanalarında saxlanılmasını əmr edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Bildirilir ki, federal həbsxanalara dövlət başçısının "Qadınları gender ideologiyası ekstremizmindən qorumaq və federal hökumətdə bioloji həqiqəti bərpa etmək" başlıqlı sərəncamı göndərilib.
Məhbuslara həmçinin cinsiyyət dəyişdirmə əməliyyatları aparmaq qadağan ediləcək.
Amerika liderinin fərmanında deyilir ki, "cinsin bioloji reallığı" məhv etmək cəhdləri qadınlara ləyaqət, təhlükəsizlik və rifahdan məhrum edərək ziyan vurur.
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, ölkənin həbsxanalarında ümumilikdə 1 500-ə yaxın transgender qadın saxlanılır.
"Transgender" teqi üzrə xəbərlər
- Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı
- Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək
- Ağ Ev USAID-in "axmaq prioritetlərini" tənqid etdi: Transgender operası və komikslər
- ABŞ-də cinsiyyət dəyişdirmə əməliyyatları ilə bağlı qadağa qüvvəyə mindi
- Tramp transgenderlərlə bağlı qanun imzaladı: Orduda xidmət edəcəklər?
Rəylər