"Bəzən tərəflərə döyüşmələri üçün icazə vermək lazımdır".
Oxu.Az-ın "Fox News"a istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə danışıqlardan sonra Busandan Vaşinqtona gedən təyyarədə jurnalistlərə deyib.
Tramp Ukraynadakı münaqişənin həlli perspektivlərindən danışıb.
"Biz razılaşırıq ki, tərəflər döyüş əməliyyatlarına cəlb ediliblər və bəzən sadəcə onların döyüşməsinə icazə vermək lazımdır", - deyə ABŞ lideri qeyd edib.
Donald Tramp, həmçinin Ukraynadakı vəziyyəti Si Cinpinlə müzakirə etdiyini və Çin sədrinin Moskva ilə Kiyev arasındakı münaqişənin həllinə kömək edəcəyinə söz verdiyini nəzərə çatdırıb.