Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Trampı güllələmək istəyən şəxs kral ailəsinin üzvünə qarşı sui-qəsd hazırlayırmış
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) müstəntiqləri müəyyən ediblər ki, 20 yaşlı Tomas Kruks təkcə Donald Trampa deyil, həm də ABŞ və digər ölkələrdə yüksəkrütbəli məmurlara qarşı sui-qəsd planlaşdırırmış.
Oxu.Az "Mirror"a istinadən xəbər verir ki, Kruksun cinayətinin motivini anlamaq üçün müstəntiqlər qatilin mobil telefonuna giriş əldə ediblər. Onlar aşkar ediblər ki, cinayətkar aradan qaldırılmasaydı, Tramp yeganə qurban olmayacaqdı.
FTB Kruksun siyasi baxışlarını müəyyən edə bilməyib, çünki bir tərəfdən onun ABŞ-də hər iki partiyanı dəstəklədiyi görünür. Digər tərəfdən isə, onun təxmin edilən qurbanı demokrat və ABŞ-nin hazırkı prezidenti Co Bayden olub. Cinayətkar mitinqlərin tarixlərini və hər iki namizədin fotolarını öz cihazlarında saxlayıb.
Bundan başqa, Kruks digər hədəfləri də nəzərdən keçirib: FTB-nin direktoru Kristofer Rey, ABŞ-nin baş prokuroru Merrik Qarland və Britaniyanın kral ailəsinin adı açıqlanmayan üzvü.
Trampın yalnız ilk qurban ola biləcəyinə sübut kimi, Kruksun "Steam" oyun şəbəkəsindəki yazısı sitat gətirilir.
"Mənim premyeram iyulun 13-də baş tutacaq, onun necə inkişaf etdiyinə baxın", - deyə Kruks yazıb.
"Donald Trampa qarşı sui-qəsd" teqi üzrə xəbərlər
- İrandan Trampa qarşı sui-qəsd hazırlamaqda iştirakına dair iddialara REAKSİYA
- İranın sifarişi ilə Trampa qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
- Rusiyalı politoloq: "Trampa sui-qəsdi İran deyil, ABŞ daxilindəki qüvvələr hazırlayır"
- Trampın mitinqinə silahlı şəxs daxil olmağa çalışıb
- Trampa sui-qəsd cəhdi edən atıcı dünya üçün vəsiyyətnamə yazıb
Rəylər