ABŞ hərbçilərinin Venesuelaya hücum zamanı istifadə etdikləri ehtimal olunan silaha "Diskombobulyator" adını Prezident Donald Tramp təyin edibmiş.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Ev başçısı "NBC" telekanalına verdiyi müsahibədə danışıb və bu adı kəşf etməsindən qürur duyduğunu bildirib.
"Mənə bu barədə danışmağa icazə verilmir. Bilirsən, bu silah nə edir? Onların heç bir cihazı işləmirdi, bax, bunu edir. Bu adı mən fikirləşmişdim, mən bununla çox fəxr edirəm. Hər şey "diskombobulya" (çaşqınlıq yaratmaq - red.) olmuşdu. Demək olar ki, bir dənə də olsun atəş açılmadı. Onlar hazır idilər, biz gəldikdə isə heç nə edə bilmədilər. İnsanlar daxil hər şey dondurulmuşdu" - deyə, Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri heç bir insan və bir avadanlıq itkisi olmadan hədəfləri tamamilə zərərsizləşdirməyə müvəffəq olublar. Tramp vurğulayıb ki, Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatı olduqca çətin və əlverişsiz bir şəraitdə baş verib, çünki devrilmiş prezidentin iqamətgahı birbaşa Cənubi Amerikadakı hərbi bazada yerləşirdi.
"The New York Post" qəzetinin Venesuela hərbçisinə istinadən xəbərinə görə, sabiq prezident Maduronun ələ keçirilməsi üzrə əməliyyat zamanı amerikalılar naməlum silahdan istifadə ediblər. Həmin silah güclü səs dalğası yaradıb.