ABŞ Prezidenti Donald Trampın helikopteri havaya qalxarkən yaranan güclü hava axını "Real America's Voice" media platformasının əməkdaşı Teylor Mitçellin süni kirpiyini uçurub.
Oxu.Az xəbər verir ki, jurnalist bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Müxbirin yayımladığı videoda prezidentə məxsus helikopterin pərlərinin hərəkəti nəticəsində yaranan güclü küləyin Mitçellin süni kirpiyini qopardığı aydın görünür.
Eyni zamanda, bu hadisə zamanı başqa "zərərçəkən"lərin olub-olmadığı da məlum deyil.