Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Trampın müşaviri ABŞ-Kanada sərhədinin yenidən nəzərdən keçirilməsinə çağırıb
ABŞ Prezidenti Donald Trampın ticarət və sənaye məsələləri üzrə müşaviri Piter Navarro ölkə rəsmilərini kanadalı həmkarları ilə sərhədin yenidən nəzərdən keçirilməsi məsələsini müzakirə etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Telegraph" nəşri mənbəyə istinadən məlumat yayıb.
"Navarro Kanada-ABŞ sərhədinin yenidən nəzərdən keçirilməsini tövsiyə edib. Kanada rəsmilərinə ticarət nümayəndəsi və ticarət naziri postlarına Ceymison Qrir və Hovard Latnikin namizədliyi Senat tərəfindən təsdiqlənənə və onlar vəzifələrinin icrasına başlayana qədər ABŞ hökuməti ilə danışıqları dayandırmaq barədə tapşırıq verilib", - deyə mənbə bildirib.
"ABŞ-Kanada münasibətləri" teqi üzrə xəbərlər
- Tramp Kanada məhsullarına rüsumları artırmaqdan imtina etdi
- Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
- Kanadanın seçilmiş hökumət başçısından ABŞ-nin tərkibinə daxil olma məsələsinə reaksiya
- ABŞ-də Avropanı "təsəlli edəcək" mümkün liderin adı açıqlandı
- KİV: "Tramp Kanada ilə sərhəd müqaviləsinə yenidən baxılmasını tələb edir"