Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qanunları pozan keçmiş məmur ÖLDÜ
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş nümayəndəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, icra hakimiyyətinin Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə keçmiş nümayəndəsi, adıçəkilən qəsəbənin sabiq bələdiyyə sədri İsrail Tağıyev 64 yaşında qəfil dünyasını dəyişib.
İ.Tağıyev şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Mərhum fevralın 28-də Ərkivan qəsəbəsinin Abbaslı-İsoba qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 2020-ci ildə İsrail Tağıyevin barəsində Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdı.
O, xüsusi karantın rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməkdə təqsirləndirilirdi.