Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiya kəşfiyyatı: "Aİ Gürcüstandakı etirazları Ermənistan vasitəsilə maliyyələşdirir"
Avropa İttifaqının (Aİ) Gürcüstandakı etirazları maliyyələşdirməsi Ermənistandakı Aİ ölkələrinin səfirlikləri vasitəsilə həyata keçirilir.
Caliber.Az-ın Rusiya Xarici Kəşfiyyat Xidmətinin bəyanatına istinadən bildirdiyinə görə, Aİ-nin Gürcüstandakı nümayəndəliyi hökumət əleyhinə aksiyaların hər bir iştirakçısına 120 avro ödəyir.
Ümumilikdə, Brüssel hazırda Gürcüstanda bloqerlər, jurnalistlər, IT mütəxəssisləri və Rusiyadan köçənlər arasında hökumət əleyhinə əhval-ruhiyyə formalaşdırmağa çalışır.
Bu məqsədlər üçün bloqerlərə 50 min avroya qədər vəsait ayrılır.
"Avropa rəsmiləri etirazları fəallaşdırmaq və hökumətdəki "Gürcü Arzusu"' partiyasına qarşı müxalifət partiyalarından ibarət "vahid yumruq" yaratmaq istəyirlər", - deyə Rusiya xüsusi xidməti əlavə edib.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqının rəsmisi: "Biz Rusiyadan qorxuruq"
- ABŞ - Avropa İttifaqı qarşıdurmasından kim çox qazanacaq?
- Paşinyanın növbəti hoqqabazlığı: Erməni baş nazir sülh danışıqlarını niyə yubadır?
- Avropa İttifaqının missiyası Azərbaycanda nəyi müşahidə edir?
- Brüsseldən Ermənistanın silahlanmasına maliyyə dəstəyi