Türkiyə HHQ İraqda Kandil rayonu ərazisində terrorçuların obyektlərinə zərbələr endirib.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Baş Qərargahının məlumatına görə, aviazərbələr saat 21:00-dan 22:00-a qədər operativ kəşfiyyat əsasında endirilib.
Terrorçuların yeraltı sığınacaqları və anbarları məhv edilib.
Əməliyyat uğurla başa çatdırıldıqdan sonra təyyarələr geri qayıdıb.
A.M.
www.oxu.az