Suriyanın Kəklicə qəsəbəsi İŞİD terrorçularından azad edilib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Kəklicə qəsəbəsi İŞİD-dən təmizlənib.
Məlumata görə, Kəklicə Suriyanın Tükiyə ilə sərhədindən 3 kilometr aralıda yerləşir.
Qəsəbənin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbə endiriblər.