Türkiyədə ağır yol qəzası baş verib.
Oxu.Az-ın Habertürk-ə istinadla verdiyi xəbərə görə, hadisə ölkənin Suriya ilə sərhəddəki Hatay vilayətində, Altungözü qəsəbəsində qeydə alınıb.
Belə ki, suriyalı köçkünləri daşıyan mikroavtobusun sürücüsü jandarmların "Saxla!" əmrinə məhəl qoymayaraq, sürəti artırmaqla nəqliyyat vasitəsini idarə edib. Lakin avtobus qarşıdan gələn yük maşını ilə toqquşub.