Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində üç polis əməkdaşı şəhid olub.
Oxu.Az Milliyet-ə istinadən xəbər verir ki, terror aktı zamanı daha 8 nəfər yaralanıb. Onlardan dördünün suriyalı olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları regionda antiterror əməliyyatı keçirir. Bir yaralı terrorçu ələ keçirilib. Polis şəhərdə daha bir “canlı bomba”nı axtarır.
S.B.
www.oxu.az