Türkiyənin Uşak bölgəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) Eşme bələdiyyəsinin sədri Yılmaz Tozan və həyat yoldaşı Burcu Tozan saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Tutulan şəxslər mənimsəmə və korrupsiya işləri ilə bağlı istintaq əməliyyatları çərçivəsində nəzarətə götürülüblər.
Xəbərdə bildirilir ki, əməliyyat zamanı daha 3 şübhəli şəxs də saxlanılıb.