Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi qətlə yetirən yeniyetmə ilə bağlı yeni detal məlum olub.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, hücumu törədən 14 yaşlı şagirdin "WhatsApp" profilindəki şəklin özünə deyil, ABŞ-də kütləvi qətliam törətmiş Elliot Rocerə aid olduğu müəyyən edilib.
Xatırladaq ki, Elliot Rocer 2014-cü ildə ABŞ-nin Kaliforniya ştatında silahlı və bıçaqlı hücum həyata keçirərək altı nəfəri öldürmüşdü.

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda məktəbə silahlı hücum edən şagirdin anası da saxlanılıb.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, şagirdin atası insidentdən dərhal sonra saxlanılmışdı.
Hazırda hər iki valideynin polis bölməsində ifadələri alınır.
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda şagirdin məktəbə silahlı hücumu nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.
Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.
Nazirin sözlərinə görə, həlak olanlardan səkkizi şagird, biri isə müəllimdir:
"Bundan başqa, insident nəticəsində 13 nəfər yaralanıb. Onlardan altısı reanimasiyadadır, üçünün vəziyyəti isə ağır olaraq qalır".
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən şagirdin atası Uğur Mersinli saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
Məlumata görə, dəhşətli cinayəti həyata keçirən məktəblinin valideyni əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Məktəblinin ağlagəlməz cinayəti atasının silahı ilə həyata keçirdiyi ehtimal olunur.
Xəbərdə bildirilir ki, hadisə ilə bağlı Türkiyə Baş Prokurorluğu araşdırmalara başlayıb.
Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərdən birinə silahlı hücum edən şagird özünə qəsd edib.
Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, şagird məktəbə 5 silah və 7 daraqla gəlib.
Qeyd olunub ki, hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
Hadisə yerinə çox sayda hökumət və dövlət rəsmisi yollanıb.
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insidenti törədən şəxs öldürülüb.
Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.
O bildirib ki, hücum edən şəxs həmin məktəbin 8-ci sinif şagirdi olub. Ölənlərdən biri məktəbdə çalışıb, üçü isə həmin məktəbdə təhsil alıb.
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident zamanı dörd nəfər ölüb.
Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı Kahramanmaraş valisi Mükerrem Ünlüer məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Türkiyənin Kahramanmaraş bölgəsində məktəbdə silahlı insident baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölənlər və xəsarət alanlar var.

Məlumata görə, insident yerinə çoxlu sayda polis və tibb qrupları göndəriliblər.
Qeyd edək ki, daha əvvəl Türkiyənin Şanlıurfa bölgəsindəki liseydə silahlı insident baş vermişdi.
