Türkiyədə Fiat və Renault avtomobil zavodlarının fəhlələri tətil elan ediblər. Bu barədə Reuters məlumat verir.
Oxu.Az xəbər verir ki, Renault zavodunda iş cümə axşamı axşam saatlarında dayandırılıb. Bu barədə fransız maşın istehsalçısının mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Bursa şəhərində aksiyada 2.5 min nəfərdən çox fəhlə iştirak edir.
Cümə günü həmçinin İtaliyanın Fiat və Türkiyənin Koc Holding şirkətlərinin birgə müəssisəsi olan Tofas zavodunun fəhlələri də işi dayandırıblar.
Fəhlələr aşağı əmək haqqı və pis iş şəraitinə qarşı etiraz edirlər.