Türkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb.
Oxu.Az xəbər verir ki, ən aşağı temperatur Qars əyalətində müşahidə edilib. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub.
Bununla yanaşı, Ərdahanda 12, Ərzurumda 7 dərəcə şaxta qeydə alınıb.
Adıçəkilən əyalətlərdə əlverişsiz hava şəraiti səbəbindən bəzi kəndlərin şəhər mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
A.M.