Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə qardaşlar bacılarına mesaj yazan kişini görüşə çağırdılar: Biri öldü, digəri dustaq oldu
Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda qardaşının cinayət törətməsini istəməyən şəxs onun ölümünə səbəb olub.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, Rıdvan və Yasin Akdoğan qardaşları dostları olan və müntəzəm olaraq evlərinə gedib-gələn Ali K.-nın bacılarına sataşdığını, cinsi məzmunlu mesajlar göndərdiyini öyrəniblər. Ali K.-nı ofisə çağırıblar və Rıdvan Akdoğan əvvəlcə onun başına silah dayayıb, daha sonra yumruq və təpiklə döyüb, sonra isə tapança ilə ayağına atəş açıb. Bu zaman Yasin Akdoğan qardaşının qatil olmasının qarşısını almaq üçün onu dəhlizə çıxarıb.
Rıdvan Akdoğan yenidən otağa girmək istəyərkən əlindəki tapança atəş açıb və o özünü vurub. Rıdvan Akdoğan xəstəxanaya aparılıb, lakin bütün müdaxilələrə baxmayaraq, 17 gün sonra dünyasını dəyişib.
Hadisə anbaan ofisdəki təhlükəsizlik kamerasında əks olunub.
Rıdvan Akdoğanın ölümündən sonra saxlanılan Yasin Akdoğan "Ehtiyatsızlıqdan ölümə səbəb olmaq" maddəsi ilə məhkəmə tərəfindən ev dustaqlığına məhkum edilib.
Bacılarına mesajlar göndərən və ayağından güllə yarası alan Ali K.-nın vəziyyəti isə yaxşıdır.
"Türkiyə" teqi üzrə xəbərlər
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"
Rəylər