İyunun 22-dən həbsdə saxlanılan türkiyəli jurnalist Fatih Altaylı barəsində azadlığa buraxılma qərarı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, şəxsi "YouTube" kanalında apardığı canlı yayım zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan və təhdid xarakterli ifadələr səsləndirdiyi iddiası ilə həbs olunan Fatih Altaylının azadlığa buraxılması ilə bağlı hökm elan edilib.
Xatırladaq ki, jurnalist barəsində "Prezidenti hədələmək" ittihamı ilə cinayət işi açılmış və o, 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Altaylının vəkilləri bu qərardan apellyasiya şikayəti vermişdilər.
Regional Apellyasiya Məhkəməsi şikayətə baxdıqdan sonra jurnalistin azadlığa buraxılması barədə qərar qəbul edib.