Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi](https://images.oxu.az/2025/01/08/XAQwHwWSY5bs3PYk2QwrqjQ64zk7G7KwVYKZyun9:1200.jpg)
Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi
Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarə təcili eniş etməli olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə zakon.kz xəbər yayıb.
Bildirilib ki, "Air Astana" aviaşirkətinin "KC915" reysi ilə uçan "Airbus A321" təyyarəsi yanacaq sisteminin təhlükəsizlik klapanındakı nasazlıq səbəbindən Aktau şəhərində məcburi eniş edib.
"Reys yanvarın 9-da saat 09:20-yə təxirə salınıb. Nasazlığı aradan qaldırmaq üçün Almatıdan ehtiyat hissəsinin çatdırılması tələb olunur. Sərnişinlərə qida və mehmanxanada yerləşmə təmin edilib. Oxşar tədbirlər Antalyadan uçuşu gözləyən sərnişinlər üçün də təşkil edilib", - deyə məlumatda vurğulanıb.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Qazaxıstanlı 16 yaşlı gənc İngiltərə nəhəngində
- Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb
- Rusiyanın AZAL-a məxsus təyyarənin vurulmasına münasibəti - Olmayan imicin itirilmə qorxusu
- "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib
Rəylər