Ukrayna ilin sonuna qədər ABŞ silahlarının alınması proqramı çərçivəsində təxminən beş milyard dollar dəyərində silah əldə edəcək.
Oxu.Az-ın xəbərinə görə, bunu NATO-nun baş katibi Mark Rütte İspaniyanın "El Pais" qəzetinə verdiyi müsahibəsində açıqlayıb.
Mark Rütte qeyd edib ki, Ukrayna aylıq təxminən bir milyard dollar dəyərində silah alır və bu məbləğ 2025-ci ilin sonuna qədər beş milyard dollara qədər artacaq.
Daha əvvəllər isə İspaniyanın Ukraynaya 817 milyon avro yardım ayıracağı bildirilirdi.
Həmçinin Danimarka Ukraynaya ümumi məbləği 220 milyon dollar olan 28-ci hərbi yardım paketini ayıracaq.
ABŞ və NATO-nun yaratdığı "Prioritized Ukraine Requirements List" proqramı Vaşinqtonun Kiyevə birbaşa hərbi yardımını deyil, ölkənin silahlarının Ukrayna üçün Avropa İttifaqına üzv dövlətlər tərəfindən alınmasını nəzərdə tutur.