Ukraynanın Nikolayev vilayətində sərnişin avtobusu və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 12 nəfər ölüb, daha altı şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, "Mercedes" markalı marşrut mikroavtobusu sərnişinləri Odessadan Nikolayev istiqamətinə daşıyırmış.
Hadisəyə mikroavtobusla əks istiqamətdə hərəkət edən "Nissan Murano" avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəb ola bilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində yol qəzasına səbəb olduğu ehtimal edilən və hadisə yerindən uzaqlaşan sürücü tapılaraq istintaqa cəlb olunub.