Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukraynada rusiyalılara məlumat ötürən qadın saxlanıldı: Xarkova raket hücumuna imkan yaradıb - FOTO
Ukraynanın Xarkov vilayətində Rusiyaya hərbi məlumat ötürməkdə şübhəli bilinən uşaq bağçasının qadın işçisi saxlanılıb.
Bu barədə Xarkov Vilayət Prokurorluğu özünün “Facebook” səhifəsində məlumat yayıb.
İstintaq məlumatlarına görə, qadının ötürdüyü məlumat şəhərə raket hücumlarına imkan yaradıb.
“2023-cü ilin sentyabr ayından yerli uşaq bağçasında işləyən Xarkov sakini Ukraynaya qarşı döyüşlərdə iştirak edən rusiyalı əsgərlə “Telegram” vasitəsilə əlaqə saxlamağa başlayıb. O, rusiyalıdan vilayət mərkəzində Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerlər və hərbi texnika haqqında məlumat ötürmək tapşırığını alıb. Şübhəli şəxs əldə etdiyi məlumatları “Google” xəritələrində, koordinatları göstərən mətn mesajları şəklində göndərib”, - deyə prokurorluqdan bildirilib.
Bağça işçisi olan qadın nəzarətə götürülüb. Qadını əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.
Rəylər