Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Uşaqlarda, xüsusən oğlanlarda koronavirusun qorxunc nəticələri müəyyən edilib
Uşaqlarda koronavirusun təhlükəli nəticələri idrak funksiyalarında azalma ilə yanaşı, gələcək nəsillər üçün aşağı nəsilvermədə özünü göstərə bilər.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova xəbərdarlıq edib.
Onun sözlərinə görə, COVID-19-dan sağalan uşaqların müayinəsi zamanı onların 30 faizində bədənin idrak funksiyalarında azalma olduğu aşkarlanıb. Bu baxımdan həkim, hər hansı bir formada koronavirus infeksiyası keçirmiş uşaqların daha diqqətlə izlənilməsinə çağırış edib.
Həkim xəstəliyin nəticələrinin uroloqlarla birlikdə öyrənildiyini vurğulayıb. Onun sözlərinə görə, koronavirus infeksiyası keçirən oğlanların spermatogenezində ciddi dəyişiklik baş verir.
“Bu, gələcək nəsillərin aşağı fertilliyi (nəsilvermə) ilə bağlı problemlərə gətirə bilər”, - deyə L.Namazova-Baranova xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) məktəblilərin aktiv koronavirus daşıyıcısı olmadığı bildirilmişdi. Qurumdan vurğulanmışdı ki, böyüklər uşaqlardan deyil, uşaqlar böyüklərdən yoluxur.
"COVID-19" teqi üzrə xəbərlər
- İqtisadiyyat naziri: "Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir"
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
Rəylər