Ötən gün Rusiyada üsyan qaldırmış “Vaqner” özəl hərbi şirkətin döyüşçüləri Voronej yaxınlığında səhvən “İl-22” təyyarəsini vurublar.
Bu barədə öz “Telegram” kanalında Rusiyanın Birinci televiziya kanalının müxbiri İrina Kuksenkova məlumat verib.
İ.Kuksenkova bildirib ki, təyyarə vurulan vaxt göyərtəsində 10 nəfər olub, onların hamısı həlak olublar.
Öz növbəsində Cənub Hərbi Dairəsinin qərargahında “Vaqner”in təsisçisi Yevgeni Priqojindən onlara qarşı hər hansı əməliyyat keçirməyən təyyarənin hansı səbəbdən vurulduğu soruşularkən, Priqojin etiraf edib ki, bu, “Vaqner” döyüşçüsünün səhvi olub.
Y.Priqojinin sözlərinə görə, onun tabeliyində olan hərbçilər havaya qalxan istənilən hədəfi fərq qoymadan zərərsizləşdirməyə çalışıblar.
Məlumatı yayan jurnalist əlavə edib ki, Priqojin ölən pilotların yaxınlarına 50 milyon rubl təzminat ödəyəcəyinə söz verib.