Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 55 nəfərin cəsədi müəyyən edilib
"Vaşinqtondakı təyyarə qəzasında həlak olan 67 nəfərdən 55-nin cəsədi tapılıb və müəyyən edilib".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ paytaxtının Yanğından Mühafizə və Tibbi Yardım Departamentindən xəbər verilib.
Həmçinin bildirilir ki, dalğıclardan biri hipotermiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Qurumdan vurğulanıb ki, bu gün təyyarə qalıqlarının qaldırılmasına başlanılması planlaşdırılır.
Xatırladaq ki, yanvarın 29-da "PSA Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqton hava limanına eniş edərkən təlim uçuşu həyata keçirən "Sikorsky UH-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hər iki hava gəmisi çaya düşüb. Təyyarədə 64, helikopterdə isə 3 nəfər olub. Onların hamısı ölüb. ABŞ Müdafiə Nazirliyinin qərarına əsasən, hərbi helikopterin həlak olan ekipaj üzvlərindən birinin adı açıqlanmayacaq. Qəzanın dəqiq səbəbləri hələ müəyyən edilməyib.
"ABŞ-də təyyarə qəzası" teqi üzrə xəbərlər
- Vaşinqtonda aviaqəzada adı açıqlanmayan sirli adam: Pentaqonun gizlətdiyi şəxs kimdir?
- Təyyarə qəzalarının sayı niyə artıb? - Məşhur pilot səbəbləri AÇIQLADI
- ABŞ-də ard-arda təyyarə qəzaları: Hava limanlarında dispetçer çatışmazlığı var?
- Filadelfiyada dəhşət: Tibbi təyyarə qəzaya uğradı, evlər yanır
- Vaşinqtonda təyyarə qəzasında ölən 41 nəfərin cəsədi tapılıb
Rəylər