Macarıstanın Baş naziri Viktor Orban Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşünün iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə səbəb olacağına inanır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Orban "Facebook" hesabında etdiyi paylaşımda yazıb.
"İllərdir, iki ən böyük nüvə dövlətinin əməkdaşlıq çərçivələrini necə məhv etdiyini və bir-birinə təhdidlər yağdırdığını müşahidə edirdik. İndi bu sona çatdı. Bu gün dünya dünənkindən daha təhlükəsiz yerə çevrildi", - deyə o bildirib.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.