ABŞ-da Virciniya ştatının Virciniya-Biç şəhərində atışma nəticəsində 11 nəfər ölüb.
Oxu.Az “Reuters”-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 6 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə əsasən, cinayətkar binaya daxil olub və dərhal atəş açmağa başlayıb. Hadisə yerinə polislər gəldikdə isə atışma başlayıb və nəticədə cinayətkar öldürülüb.
Hadisənin səbəbləri hələ məlum deyil.