Sentyabrın 3-də Yaponiyanın Kumamoto prefekturasında yerləşən "Nippon Paper Industries" zavoduna məxsus 110 metr hündürlüyündəki tüstü bacasında yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Verilən məlumata görə, tüstü bacalarının sökülməsi prosesi zamanı onlardan birində alovlanma baş verib. Təqribən altı saat davam edən yanğının qarşısı alınıb. Söküntü işlərinə cəlb olunan 10 işçi ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılıb və onların həyatı üçün heç bir risk yoxdur. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik aydınlaşdırılmayıb. Sentyabrın 4-ü səhər saatlarında polis əməkdaşları və yanğınsöndürənlər tərəfindən araşdırmalara başlanılması nəzərdə tutulur.