Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m sahədə və ümumi sahəsi 72 kv.m olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yanğında xəsarət alan olmayıb.
Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub.
Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.
Məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.
Xırdalan şəhərində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında obyekt yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və polis əməkdaşları cəlb olunublar.