ABŞ Prezidenti Donald Tramp vəzifəsindən gedən Daniel Driskollun yerinə Adam Telleni ordu nazirinin əvəzedicisi təyin edib. Telle dərhal vəzifəsinin icrasına başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" şəbəkəsində yazıb. Dövlət başçısı onu "böyük vətənpərvər" adlandırıb.
"O, hər kəsin hörmət etdiyi böyük bir vətənpərvərdir", - deyə qeyd edib.
Trampın sözlərinə görə, Telle işinə "gecikmədən" start verir.
Bundan əvvəl Telle Driskollun köməkçisi kimi fəaliyyət göstərib. O, Tramp administrasiyasının su yolları, limanlar və infrastrukturla bağlı prioritetlərini həyata keçirərək, ictimai işlər və mülki tikinti sahələrinə nəzarət edirdi.