"İraq ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib".
Oxu.Az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Sabah əl-Numan məlumat verib.
Onun sözlərinə görə, ölkənin baş naziri Əli əz-Zeydi silahlı qüvvələrin sayıqlığının artırılması və maksimum hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib.
Qərar çərçivəsində ordunun müasir radar sistemləri, erkən xəbərdarlıq və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunması və silahlandırılması planlarının sürətləndirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, daha əvvəl ABŞ və Səudiyyə Ərəbistanı İraq Silahlı Qüvvələrinə inteqrasiya olunmuş "Həşd əş-Şəbi" alyansına məxsus bazalara zərbələr endirib.