Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Leninski Rayon Məhkəməsi onu hakimiyyət nümayəndəsinə qarşı zorakılıq işi üzrə təqsirli bilib.
Mutvalı Şıxlinski iki ay müddətinə həbs edilib.
Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinskinin məhkəmə iclası qapalı keçirilir.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, bu barədə Leninski Rayon Məhkəməsinin hakimi müstəntiqin vəsatətini təmin edərək qərar verib.
Bundan sonra KİV nümayəndələri məhkəmə salonundan çıxarılıblar.
Mutvalı Şıxlinski məhkəmə iclası başlamazdan əvvəl bildirib ki, hakimiyyət nümayəndəsinə qəsdən xətər yetirməyib və baş vermiş hadisədən təəssüflənir:
"Bilərəkdən etməmişəm. Onu görmürdüm, sağımda olduğu sonradan məlum oldu. Baş verənlərə görə dərindən təəssüflənirəm".
İyulun 16-da Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski məhkəməyə gətirilib.
Oxu.Az bu barədə E1.ru saytına istinadla xəbər verir.
Bildirilir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üzrə iclas planlaşdırılandan üç saat gec başlayıb.
İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, iyulun 1-də Mutvalının atası "Gelandewagen" markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.
İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək.
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, bundan əvvəl "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılmışdı. Sonra o sərbəst buraxılıb.