2023-2024-cü illərdə Yer atmosferindəki karbon qazının (CO₂) miqdarında müşahidələrin aparılmağa başlandığı dövrdən bəri ən böyük artım qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (WMO) məlumat yayıb.
Məlumata görə, atmosferdəki karbon qazının miqdarı 3.5 ppm artaraq 423.9 ppm-ə çatıb.
Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, mövcud göstəricilər təsdiq edir ki, istixana qazlarının hazırkı qatılığı bəşəriyyətin heç vaxt qarşılaşmadığı səviyyəyə yüksəlib.
Bundan əlavə, iqlimə təsir edən digər iki güclü amil - metan və azot oksidinin səviyyələri də yeni rekord göstəricilərə çatıb.