Azərbaycanın "Araz-Naxçıvan" futbol klubunun sağ cinah yarımmüdafiəçisi Çarles Boli xarici klubun diqqət mərkəzinə düşüb.
Oxu.Az bu barədə "Azerisport" portalına istinadən məlumat yayıb.
İddia olunur ki, 26 yaşlı futbolçunu Yunanıstanın OFI klubu heyətinə qatmaq istəyir. Yunanıstan çempionatında oynayan klub onun transfer məsələsini bu ay həll etməyi planlaşdırır. Əgər transfer planı baş tutmasa, yunanlar qış transfer pəncərəsi dövrü Bolini sıralarına qatmağa cəhd edəcəklər.
Məlumat üçün əlavə edək ki, Şotlandiyada doğulan, Fransa və Kot-d'İvuar vətəndaşlığı olan Çarles Bolinin "Araz-Naxçıvan"la birillik müqaviləsi var.