Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaxarova: "Fransa Afrikadakı siyasətini tənqid edən jurnalisti vətəndaşlıqdan məhrum edib"
"Fransa "Kemi Seba" təxəllüsü ilə tanınan publisist Stellio Jil Robert Kapo Kiçini ölkənin Afrikadakı siyasətini tənqid etdiyinə görə vətəndaşlığını ləğv edib".
Oxu.Az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə hesabında paylaşıb.
"Paris hansı təqsirinə görə məşhur ictimai xadimi vətəndaşlıqdan məhrum edib? İnanmayacaqsız! Fransanın Afrikadakı siyasətini tənqid etdiyinə görə. Və bu, hətta Makronun sadiq adamlarının belə Yelisey sarayının Afrika istiqamətində xarici siyasəti haqda yaxşı bir söz deyə bilmədiklərinə baxmayaraq baş verir", - deyə Zaxarova yazıb.
O, həmçinin qeyd edib ki, Fransanın "Le Figaro" nəşri publisisti "xarici agent" adlandırıb.
"Nə ənənəvi fransız fəlsəfəsi olan demokratiya və söz azadlığı, nə də tolerantlıq və insan hüquqlarına ehtirasın müasir şərhləri Parisi Kemi Sebanın özünün "Neqrofobik neokolonializm" adlandırdığı şeydən xilas edə bilməyib", - diplomat əlavə edib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Zaxarova: "Rusiya Qarabağı rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanıyır"
- Ermənistan 2024-cü ildə KTMT-yə üzvlük haqqını ödəməyib
- Rusiya XİN: "Ukraynaya altı min hərbçinin cəsədi təhvil veriləcək"
- İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
- Zaxarova İstanbulda əldə olunmuş daha bir razılaşmanı açıqladı