Qərb dövlətləri insan haqlarını qoruması adı altında öz geosiyasi maraqlarını həyata keçirirlər, bununla da Yaxın Şərqdə və Şimali Afrikada terror fəallığının artmasına vasitəçilik etmiş olurlar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Muhammed Cavad Zərif bazar ertəsi Cenevrədə açılmış BMT-nin insan haqları üzrə Şurasının yüksək səviyyəli seqmenti çərçivəsində çıxış edərkən bildirib.
Zərif əsasən İslam dəyərləri ilə heç bir halda səhv salınması mümkün olmayan “İslam Dövləti” qruplaşmasının fəaliyyətini göstərib, belə ki, bu terror qrupu müxtəlif yaraqlı qruplaşmalarından yaradılıb.
“İD yaraqlılarının dinc əhalinin başını kəsməsi qorxuludur, onlar Avropa dilində heç bir ləhcə olmadan danışırlar. “Verbovka” olunanların çoxu, qərb demokratiyaları tərəfindən tərbiyə edilmiş və ərsəyə gətirilmiş qrupların yadlaşmasına, kənarlaşdırılmasına gətirib çıxaran sistem pozulmaları olduğunu deyir”, - o qeyd edib.
Bu problemin mümkün həllərindən birini Zərif insanların düşüncə tərzinin dəyişdirilməsində görür.
“Biz, bəzi insanların istisna edildiyi, mentallıqdan etiraz etməliyik. Bu prinsiplər “soyuq müharibə” üçün uyğundur. Etiraf etmək lazımdır ki, hamı bərabər və hörmətə layiqdir”, - İran XİN rəhbəri vurğulayıb.
www.oxu.az