"Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" hakim partiyası ölkə prezidenti vəzifəsinə Zimbabvenin sabiq vitse-prezidenti Emmerson Mnanqaqvunun namizədliyini irəli sürüb.
Oxu.Az-ın məlumatına əsasən, yeni prezidentin inauqurasiyasının noyabrın 24-də keçirilməsi planlaşdırılır.
Yeni lider hakimiyyətdə istefa vermiş Robert Muqabenin səlahiyyət müddəti başa çatana qədər olacaq.
Qeyd edək ki, Zimbabvedə növbəti prezident seçkiləri 2018-ci ilin sentyabrına qədər keçiriləcək.
Xatırladaq ki, 1980-ci ildən Zimbabveyə rəhbərlik Robert Muqabe dünən tutduğu vəzifədən istefa verib.
Bundan əvvəl ölkə parlamenti Muqabenin impiçmenti barədə qərar qəbul edib. Prezidentə istefa verməsi üçün 24 saat vaxt verilmişdi.
N.O.