Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub.
Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı) zülalla daha zəngindir. Anita Mirçandani qeyd edib ki, botanika baxımından bu məhsul qoz-fındığa deyil, paxlalılara aid hesab olunsa da, onu tez-tez qoz-fındıq qarışıqlarına daxil edirlər.
Diyetoloqun sözlərinə görə, araxisin kütləsinin təxminən 25 faizini zülal təşkil edir. Bundan əlavə, o, saçların uzanmasına kömək edə və saç tökülməsinin qarşısını ala bilən fol turşusu, niasin və biotinin əla mənbəyi hesab olunur.
Maksimum fayda əldə etmək üçün Mirçandani araxisi nazik qırmızı qabığı ilə birlikdə yeməyi tövsiyə edib, çünki onun tərkibində güclü antioksidantlar var.
Həkim qeyd edib ki, zülal tərkibinə görə badam araxisdən bir qədər geri qalır. Badamın tərkibində təxminən 21 faiz zülal var ki, bu da toyuq ətindəki miqdarla eynidir. Diyetoloq həmçinin badamın lif və E vitamini ilə zəngin olduğunu əlavə edib ki, bunlar da görmə və dəri sağlamlığı üçün vacibdir.