30 
Avq
2018
14:39
25
793
4304
Virtual karabakh

Bakıda orta maaş 800 manata çatır - STATİSTİKA

30 Avq, 2018
14:39
4304

Bakıda orta maaş 800 manata çatır - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 min 455 nəfər artaraq, 707 min 500 nəfər olub.

Bakı Statistika İdarəsindən Oxu.Az-a verilən məlumata görə, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 1,6 faiz artaraq, 789,3 manat olub.

Muzdla işləyənlər arasında ən yüksək maaşı Pirallahı qəsəbəsində işləyənlər alıb - 1 450,3 manat. Ən aşağı əməkhaqqı Binəqədi rayonunda qeydə alınıb - 499,2 manat. 

Göstərilən dövrdə (2018-ci ilin II rübündə) paytaxtda 30 min 622 yeni iş yerləri açılıb. Bunun 30 min 622 ədədi daimi olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri