Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.
Oxu.Az Unikal.org-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov xəbəri Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, Fuad Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.
www.oxu.azOxu.Az yeniləndi!